BP rəsmisi: Azərbaycandakı əməliyyatlarımızın etibarlılıq göstəricisi 99%-dir
BP şirkət fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün əməliyyat nəticələrini mütəmadi olaraq digər beynəlxalq şirkətlərlə müqayisə edir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
O, media üçün keçirilən brifinqdə qeyd edib ki, bu müqayisələr müstəqil beynəlxalq şirkət tərəfindən aparılır və nəticələr BP-nin Azərbaycandakı əməliyyatlarının yüksək səviyyədə olduğunu göstərir.
Birrellin sözlərinə görə, hesabatlara əsasən, BP-nin Azərbaycandakı əməliyyatlarının həcmi və səmərəliliyi qlobal enerji şirkətləri ilə müqayisədə ən yüksək göstəricilər sırasındadır.
“Bizim fasiləsiz fəaliyyət üzrə göstəricimiz 99% təşkil edir. Yəni obyektlərimiz 99 faiz hallarda dayanmadan və etibarlı şəkildə işləyir. Qalan 1%-lik hissənin də bərpası və daha da yaxşılaşdırılması üçün əməkdaşlarımız fasiləsiz çalışır”, – BP rəsmisi vurğulayıb.
Gülnar Nazimqızı