BP rəsmisi: Azərbaycanın dünya səviyyəli enerji mərkəzinə çevrilmək üçün böyük potensialı var
Azərbaycanın qlobal enerji mərkəzinə çevrilməsi üçün bütün zəruri imkanları mövcuddur. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bildirib.
O, media üçün keçirilən brifinqdə qeyd edib ki, ölkədə yüksək peşəkarlığa malik mühəndis kadrları formalaşıb və bu, enerji layihələrinin uğurla həyata keçirilməsində mühüm rol oynayır.
Kristofolinin sözlərinə görə, Azərbaycanın qurduğu müasir enerji infrastrukturu Xəzər dənizindəki yataqları beynəlxalq bazarlarla birləşdirir və bu sistem region üçün strateji əhəmiyyət daşıyır.
“Azərbaycanda elə bir biznes mühiti mövcuddur ki, bu, daha çox investorun ölkəyə cəlb olunmasına imkan yaradır”, – BP rəsmisi bildirib.
O əlavə edib ki, Azərbaycanın zəngin neft və qaz ehtiyatları da ölkənin qlobal enerji bazarında mövqeyini daha da gücləndirir.
Gülnar Nazimqızı