Qızıl bahalaşıb
Qızılın qiyməti 0,06% artaraq 4 687,37 ABŞ dollarına bərabər olub. Bu barədə birja məlumatlarında qeyd olunub.
Gümüşün qiyməti isə 0,23% bahalaşaraq 73,018 ABŞ dolları təşkil edib.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.
Fonddan verilən məlumata görə, ötən ilin 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.
Aytac