Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
Azercell-in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarınahazırlanan məktəbli qızlar növbəti uğura imza atıblar
İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa QızlarOlimpiadasında (EGOI 2026) məktəblilərimiz uğurlu nəticələrəldə ediblər. 67 ölkədən 242 məktəbli qız şagirdin iştirak etdiyibeynəlxalq olimpiadada Azərbaycan komandası iki medal qazanıb.
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin X sinifşagirdi Xədicə Məhərli olimpiadada yüksək nəticə göstərərəkbürünc medala layiq görülüblər.
2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənnolimpiadalarına hazırlıq prosesi Azercell Telekom, Elm və TəhsilNazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsindəhəyata keçirilir. 2022-ci ildən başlayaraq qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıqproqramlarına qatılır.
Hazırlıq proqramları çərçivəsində məktəblilərin nəzəri və praktikibiliklərinin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, onların beynəlxalq yarışlarda iştirakının təşviqi və gələcək İT mütəxəssisləri kimi formalaşmasına dəstək göstərilir. Bu təşəbbüsAzərbaycanın beynəlxalq elm və texnologiya platformalarındauğurla təmsil olunmasına da mühüm töhfə verir.
Son xəbərlər
Daha çox