• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Starkartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin   

Birbank Starkartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
06.08.2026 15:14

Birbank müştəriləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il tarixləri arasında Birbank Star kartını əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. 

Kampaniya gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün əlavə üstünlüklər də yaradır. Belə ki, aktiv Birbank Star kartı olmayan və kampaniya müddətində yeni Birbank Star kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. Bununla yanaşı, Birbank Star kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə, Bir ekosisteminin partnyorlarında etdikləri ödənişlərə görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından faydalana bilərlər. 

Birbank Star istifadəçilərə kredit vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini əlavə faiz yükü olmadan idarə etməyə imkan verir. 

Birbank Star kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək mümkündür. 

Kartın sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500 manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər. 

Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/psr  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol