• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

“Oksford” lüğəti ilin sözünü seçdi

“Oksford” lüğəti ilin sözünü seçdi
19.11.2013 20:53

İngilisdilli “Oksford” lüğətinin müəllifləri “selfie” (özünün fotoşəkli) sözünü 2013-cü ilin sözü kimi seçiblər.  

Lüğət redaksiyası bu qərarı əvvəlcə yalnız sosial şəbəkə istifadəçiləri tərəfindən istifadə olunan sözdən istifadənin kəskin artması ilə izah edib. Belə ki, “Oksford” lüğəti müəlliflərinin hesablamalarına əsasən, 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17 min faiz artıb.

Lüğət müəllifləri “selfie” sözünə adətən smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını veriblər. İlk dəfə bu söz 2002-ci ilin sentyabrında Avstraliyanın internet forumlarının birində istifadə olunduqdan sonra yayılmağa başlayıb.   

“Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ilin sözünə layiq görülə biləcək digər sözlər sırasında “twerk” (məşhur rəqs), “bitcoin” (virtual valyutanın adı) və “unlike” (bəyənməmək) olub.  

“Oksford” lüğəti dünyada ingilis dilinin ən nüfuzlu nəşrlərindən biri hesab olunur. Lüğət 1884-cü ildən çap edilir və mütəmadi olaraq yeni sözlərlə zənginləşdirilir, - "Lenta www.lenta.ru” yazır.  

ictnews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:17
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
10 ayda orta illik inflyasiya artıb
İqtisadiyyat 12:12
10 ayda orta illik inflyasiya artıb
Azərbaycanda 10 ayda 424 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:02
Azərbaycanda 10 ayda 424 mindən çox "ASAN İmza" sertifikatı verilib
Naxçıvandan ixrac 30 %-ə yaxın artıb
İqtisadiyyat 11:10
Naxçıvandan ixrac 30 %-ə yaxın artıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:13
Qızılın qiyməti bahalaşıb
SOCAR-ın Gürcüstana investisiyaları 2,1 milyard dollara çatıb
İqtisadiyyat 10:03
SOCAR-ın Gürcüstana investisiyaları 2,1 milyard dollara çatıb
Aqrar və aqrar-sənaye məhsullarının ixracı on ayda 19% artıb
İqtisadiyyat 09:50
Aqrar və aqrar-sənaye məhsullarının ixracı on ayda 19% artıb
Azərbaycanın qeyri-neft ixracı oktyabrda 15% artıb
İqtisadiyyat 09:43
Azərbaycanın qeyri-neft ixracı oktyabrda 15% artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol