• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
19.03.2026 16:36

Unibank KB 16–22 mart tarixlərini əhatə edən “Qlobal Pul Həftəsi” (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarə olunması və qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına töhfə vermək olub.

Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O, çıxışında “Qlobal Pul Həftəsi”nin əhəmiyyətini vurğulayaraq, maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyini qeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdə maliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşların formalaşmasına xidmət edir.

Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığı mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərə pulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması, qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izah edilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentləri və filialın fəaliyyəti ilə yaxından tanış olublar.

#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı

Unibank- Sənin Bankın!


 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol