"Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimlər"i çərçivəsində növbəti təlim başa çatıb.
ANN.Az xəbər verir ki, sentyabrın 17-də təlimin yekunlaşması ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin klubunda tədbir keçirilib. Tədbirdə layihə rəhbəri Əlisəfa Mehdiyev, BDU Beynəlxalq jurnalistika fakültəsinin kaferda müdiri, prof. Həmid Vəliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Müdafiə Nazirliyinin zabit heyəti iştirak edib.
Tədbir ərəfəsində təlim zamanı hazırlanmış ümumi video reportaj jurnalistlərin diqqətinə çatdırıldı.
Sonda təlimdə iştirak edən media nümayəndələri diplom və "Ekstremal jurnalistin əl kitabı" ilə mükafatlandırıldı.
Qeyd edək ki, iyul ayından start verilən təlimlərdə 40-a yaxın jurnalist iştirak edib.
Orxan Aslanlı
Foto müəllifi: Fərqanə Novruzova
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !