Ələsgər Məmmədli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub

14:27 | 23.05.2024
Ələsgər Məmmədli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub

Ələsgər Məmmədli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub

Toplum” TV-nin rəhbəri Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub. Bu barədə onun qardaşı Nəsimi Məmmədli Turan-a müsahibəsində bildirib. 
 
Nəsimi Məmmədli qardaşının səhhətində təcridxanada müayinələrin mənfi dəyişiliklərin təsdiq olduğunu əsas gətirərək bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini açıqlayıb. 

"Saxlanma şəraitindən narazılığı olmasa da, səhhətindəki problemin onu getdikcə daha çox narahat etdiyini bildirdi. Təcridxanada ümumi qan analizləri götürülüb və ultrasəs müayinəsi olunarkən orqanizmdə bir sıra mənfi dəyişikliklər təsdiq olunub. Mədəaltı vəzin, qaraciyərin və qalxanvarı vəzin ölçülərində və funksiyasında dəyişiklik var”, - Nəsimi Məmmədli  deyib.
 
Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb