Əliməmməd Nuriyev: "Bu ilki əfv sərəncamının başqa bir ciddi səbəbi var" - MÜSAHİBƏ

Bu gün bizim həmsöhbətimiz Konstitusiya araşdırmalar fondunun rəhbəri, Prezident yanında əfv komissiyasının üzvü Əliməmməd Nuriyevdir. Anews.az Əliməmməd Nuriyevlə olan müsahibəni təqdim edir:
Əlbətdəki müəyyən gözləntilər var. Əfvin xarakteri humanizmin təzahürüdür. 2020-ci ilin sentyabrında əfv komsiyyasının yeni tərkibi formalaşdırıldı.Maraqlı bir dizaynda quruldu. Bu dizaynın mahiyyəti ondan ibarətdir ki, bir tərəfdə parlament nümayəndələri, bir tərəfdə dövlətin yüksək vəzifəli şəxsləri, o cümlədən hüquq mühafizə sisteminə daxil olan strukturların rəhbərləri, bir tərəfdə vətəndaş cəmiyyətinin nümayəndələri, bu baxımdan da əfv komissiyasında inklulizivlik təmin olunub. Əfv komissiyasının fərdi tərkibinə də diqqət yetirsək görərik ki, burda həm hüquqşünaslar, həm sosioloqlar, həm pedaqoqlar, həkimlər, bir sözlə müxtəlif peşə sahibləri var. Bu da məsələlərə daha obyektiv, hərtərəfli, geniş baxışı özündə təcəssüm etdirə bilər. Onu da qeyd edim ki, bu ilki əfv komissiyasının iclasları pandemiya ilə əlaqədar onlayn formatda keçirilir.Məsafə kanalları təhlükəsizlik təmin olunmaqla iclaslar çox açıq həyata keçirilir.Hər kəsin söz deməsi üçün şərait yaradılır və ən vacibi hər bir müraciətə çox həsaslıqla yanaşılır.
Əfvetmə məsələlər üzrə komissiyanın əsasnaməsində müəyyən kriterialar müyyən edilib. Bunlar:daxili olan müraciətlərə baxılarkən, edilmiş cinayətin xarakteri və təhlükəsizlik dərəcəsi nəzərə alınır, yəni bu bu hansı cinayətdir,az ağırdı, ağırdımı, daha ağırdımı,böyük ictimai yükü olan cinayətdirmi buna diqqət yetirilir. İkinci mühüm digər meyar məhkumun şəxsiyyəti əsas götürülür. Şəxsiyyətdə hansı amillər nəzərə alınır: burda məhkumun yaşı, ailə vəziyyəti, səhhəti, eyni zamanda cəzann çəkilməsi müddətində onun islaha meyilliyili, özünün davranışları, necə özünü aparır, eyni zamanda zərərçəkmişin mövqeyi, onunla barışığı varmı, münasibətlər sistemi nədir, gələcəkdə hansı nəticələr doğura bilər. Pentisar xidmətin bu adam haqqında verdiyi xarakterikası müəyyən edilir. Cəzanın çəkilmə müddəti,əvvəllər necə dəfə cinayət etməsi,əfv olunması mütləq nəzərə alınır. Bir sözlə bütün bu səbəblər kompleks nəzərə alınır.
Hər kəs üçün şans var. Əfv hər kəs üçün şans deməkdir. Ömürlük həbs cəzası alanlar üçün də bu bir şansdır. Ötən illərin təcrübəsinə baxsaq görərik ki, 2018-ci il, 2019- cu illərdə ömürlük həbs cəzasına məhkum edilmiş bir neçə şəxsin cəzası dəyişdirildi. Müddətli azadlıqdan məhrum etmə ilə dəyişdirildi.Azərbaycanda ən çox cəza 25 ilə qədər nəzərdə tutulur.Məsələn ömürlük həbs cəzası alan 20 il cəzasını çəkibsə, onun cəzası növbəti 5 ilə dəyişdirilir və beləcə o ömürlük həbs cəzasından xilas olur. Yəni bu şəxslərin əfv etmə prosesi bu formada olur. Hər dəfə əfv komissiyasına belə müraciətlər daxil olur və bu müraciətlərə baxılır. Ciddi əsaslar varsa pozitiv qərarlar verilir.
Gülnar Nazimqızı
www.anews.az
Əfv fərmanının nə zaman veriləcəyi gözlənilir?
Əfv fərmanının dəqiq tarixinin verilməsi ancaq cənab prezidentə məlumdur. Bu ölkə başçısının müstəsna səlahiyyətidir. Bu vaxt haqqında məlumat kimsəyə verilmir, kimsəyə ötürülə bilməz. Ötən illərin praktikasına baxsaq görərik ki, əksər əfv sərəncamları Novruz bayramı ərəfəsində verilib. Bu il də istisna deyil. Bu il əfv sərəncamının verilməsinin başqa bir ciddi səbəbi var. Bu səbəb "Vətən Müharibəsi”ndə qalibiyyətlə bağlıdır. Bu son 300 ildə Azərbaycan üçün ən böyük qələbədir. Ona görə də insanların, cəmiyyətin, əfv sərəncamının olması ilə bağlı gözləntiləri daha da artığını nəzərə alaraq gözləntilər daha çox olacaq.
Bu dəfəki əfv fərmanı başqalarından nə ilə fərqlənəcək?
QHT-lərin siyasi məhbus saydığı şəxslər əfv fərmanına düşəcəkmi?
Əfv fərmanına kimin düşüb-düşməməsi haqqında, bizim komissiya üzvü kimi fikir söyləməyimiz çox yalnış olar. Əfv hüququ bizim hüququmuz deyil,prezidentin səlahiyyətidir. Əfv komissiyasında kimin müzakirəyə çıxarılması ilə bağlı məsələləri söyləmək doğru deyil. Bu şəxsi məlumatlara aiddir. Kİm müraciət edibsə yalnız onlar deyə bilər ki, biz əfv komissiyasına müraciət etmişik. Əfv komissiyasına həm məhkumların özləri, həm vəkilləri və qohumları, həm qeyri hökümət təşkilatatları, həm Milli Məclisin deputatları, Ombusman tərəfindən daxil olan vəsatətlər var. Bütün bu məlumatlar adlarını qeyd etdiyim səlahiyyətli şəxslərdə ola bilər və bu haqda açıq məlumat vermək olmaz. Bütün kateqoriyadan olan şəxslər cinayət edən məhkumların müraciətlərinə rast gəlmək olur.
İndiyə qədər necə müaricətə baxmısınız?
8 iclas keçirilib. Bu iclaslarda 30 saata qədər müzakirələr olub. 800 -dən çox müraciətə baxılıb. Daxil olan müraciətlərin sayı mindən artıqdır.Qarşıda bir neçə iclasımız qalıb.
Müraciətlərin əfvə layiq olduğunu necə müəyyən edirsiz?
Təqribən nə qədər şəxsin əfv olunması gözlənilir?
Böyük bayramdır. Bir qayda olaraq sayla bağlı nəsə deyə bilmərəm. Prezidentin humanizm və mərhəmətini görmüşük. İstər 2018-ci ildə Azərbaycan Cumhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı əfv sərəncamında 634 nəfər, 2019-cu ildə əfv sərəncamında 431 nəfər əfv sərəncamına daxil olanları yadımıza salsaq görərik ki, prezidentin humanizmi nə qədər böyükdür.Hələ 2020-ci ildə əfv sərəncamını xatırlasaq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı yaşı olan xüsusi qayğıya ehtiyacı olan xroniki xəstəlikləri olan şəxslərin əfv olunması ilə bağlı 176 nəfərin azadlığa çıxması da bir uğurlu hadisə idi.Ümumilikdə prezidentin sərəncamlarına baxsaq bu say çox zaman 200 keçib. Bu il baş verən əfv sərəncamında sayla vbağlı dəqiq rəqəm söyləmək doğru olmaz.
Ən çox müraciətlər hansı yönümlü olub?
Proses başa çatmadığı üçün hansı kateqoriyadan olan şəxslər müraciət edib, bununla bağlı konkret bir fikir söyləmək olmaz. Həm yol nəqliyyat hadisələri, həm mülkiyyət əlehinə olan cinayətlər, narkotiklərlə bağlı və digər məsələlərlə bağlı müzakirəyə çıxarılan məhkumların vəsatətləri var.Mütləqdir ki, cəmiyyətin dövlətin və fərdi maraqların ortaq balansı qorunub saxlamaqla qərarlar qəbul olunur.
Baxdığınız müraciətlərin içində şəhid ailəsi, qazi ailəsi və ya qohumları olan varmı?
Bəli müraciət edənlər içində onların da adı var. Bu məsələlərə çox həsaslıqla yanaşırıq. Onu ancaq cənab prezident müəyyən edəcək. Ölkə başçısı tərəfindən humanizm hər zaman nümayiş olunur.
Ömürlük həbs cəzası alanların bu il əfv olma ehtimalı varmı?
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər