Anews.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Səbail Rayon Məhkəməsinin hökmündən narazı olduqlarını bildirib.
Mərhum Elina Hacıyevanın anası məhkəmədə çıxış edərək, hakimdən qızının qanının yerdə qalmamasını xahiş edib.
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Sevinc Abbasova isə çıxışında bəraət hökmünün çıxarılmasını istəyib.
Prokuror çıxışında müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib.
Məhkəmə müşavirədən sonra qərarını elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.
Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.
Hadisə il bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Həzi bəy
Fotolar: Mahir Rüstəmli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !