Əliyev Prezident seçkilərinin keçirilməsini əsaslandıran amillərdən danışıb

21:15 | 10.01.2024
Əliyev Prezident seçkilərinin  keçirilməsini əsaslandıran amillərdən danışıb

Əliyev Prezident seçkilərinin keçirilməsini əsaslandıran amillərdən danışıb

Azərbaycanda fevralın 7-də keçirləcək növbədənkənar prezident seçkiləri yeni dövrün tələbləri ilə əlaqədardır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 "Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”, -Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçirləcək. Əliyevlə bərabər 7 namizəd Prezident vəzifəsi üzrə mübarizə aparacaq. 

2003-cü ildən bəri Azərbaycanda keçirləcək bütün seçkilərin qalibi İlham Əliyev olur.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti