Avqustun 10-da Prezident İlham Əliyevin Rusiyanın Azəərbaycandakı yeni səfiri- Mixail Yevdokimovun etimadnaməsini qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mixail Yevdokimovun etimadnaməsini qəbul etmişdi.
Mixail Yevdokimov iyunun 14-də Azərbayana Rusiyanın yeni səfiri kimi təyin olunub. Bu vəzifəyə kimi Azərbaycanda bu vəzifəni Mixail Boçarnikovu icra edirdi. Evdokimov 1959-cu ildə anadan olub. Fövqəladə və Səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. 2011-ci ildən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru vəzifəsində çalışıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !