• $
  • £

Elm və Təhsil, Müdafiə nazirlikləri birgə Laçında “Bayraq yürüşü” keçirib

Elm və Təhsil, Müdafiə nazirlikləri birgə Laçında “Bayraq yürüşü” keçirib
06.11.2023 21:47
Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində "Bayraq yürüşü” keçirib.

Elm və Təhsil Nazirliyindən verilən məlumta görə, 2014-cü ildən keçirilən "Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə təşkil olunub. Yürüşdə 300-dən çox şəxs iştirak edib.

Yürüşdə məqsəd Vətən müharibəsində qazanılmış şanlı qələbəni, bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi zəfər yolunu uca tutmaqdır.
9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Müdafiə Nazirliyinin rəsmiləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, hərbçilər, 44 günlük Vətən müharibəsi iştirakçısı olan müəllimlər, media qurumlarının rəhbərləri, idman sahəsində nailiyyətlər əldə edən şəxslər, sertifikatlaşdırmada yüksək bal toplayan müəllimlər, KİV nümayəndələri, şagird və müəllimlər iştirak ediblər.

Yürüşün rəsmi tədbir hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Laçında "Bayraq yürüşü"nün keçirilməsini qürurverici hadisə olaraq qiymətləndirib.
Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanmasına görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayan nazir müavini bildirib ki, gənc nəsil bunu heç zaman unutmamalıdır.

Sonra çıxış edən Məsim Məmmədov uzun illərdir hər kəsin Laçında belə bir tədbir keçirilməsini həsrətlə gözlədiyini deyib. Laçının bu gün inkişaf etdiyini, burada həyatın yenidən canlandığını qeyd edən M.Məmmədov Laçında görülən quruculuq işlərindən də danışıb.

Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova çıxışlarında Laçında belə bir tədbirin keçirilməsini tarixi hadisə olaraq qiymətləndiriblər. Çıxışçılar tarixi köklərinə bələd vətənpərvər gənclərin yetişdirilməsinin əsas məqsədlərdən olduğunu vurğulayıblar.

Çıxışlardan sonra muğam ifaçıları Eytiram Hüseyinov, Fehruz Səxavətin, eləcə də şagirdlərin ifasında mahnılar səsləndirilib.
Tədbir yekunlaşdıqdan sonra yürüşə start verilib. Laçın şəhəri 2 nömrəli tam orta məktəbdən başlayan yürüş "Seyrangah" adlı ərazidə başa çatıb.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
Cəmiyyət 21:05
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Cəmiyyət 19:38
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
Cəmiyyət 19:00
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:58
Bu ərazidə qaz olmayacaq
Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti müsabiqə elan edilib
Cəmiyyət 18:18
Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti müsabiqə elan edilib

Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
Cəmiyyət 17:26
Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Cəmiyyət 16:58
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb
Cəmiyyət 16:44
Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb

Yuriy Kamayev "Şöhrət" ordeni ilə təltif edilib
Cəmiyyət 16:39
Yuriy Kamayev "Şöhrət" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol