• $
  • £

Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb

Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb
30.04.2026 16:44

Azərbaycanda aparılan monitorinqlər zamanı 263 məktəbdə ciddi sanitar-gigiyenik pozuntular aşkar edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, pozuntulara sanitar-texniki və gigiyenik tələblərə əməl olunmaması, məhsulların düzgün temperatur rejimində saxlanmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və qida bloklarında təmizlik-dezinfeksiya qaydalarının pozulması daxildir.

Mart ərzində ümumilikdə 390 məktəbdə monitorinq aparılıb. Nəticədə 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə satışı qadağan edilən qida məhsulları aşkarlanıb.

Qida eksperti Mübariz Vəliyevin sözlərinə görə, məktəblərdə nəzarət mexanizmi yalnız yoxlama göndərib protokol yazmaqla bitməməlidir.

"Bir çox məktəbdə nəzarət epizodikdir, gündəlik deyil. Əgər 390 məktəbdən 263-də ciddi pozuntu aşkarlanıbsa, bu artıq tək-tək məktəblərin yox sistem problemidir. Pozuntular əsasən temperatur rejimi, yararlılıq müddəti, işçilərin tibbi müayinəsi, şəxsi gigiyena və qida bloklarının dezinfeksiyası ilə bağlı olur" , - o bildirib

Ekspert vurğulayıb ki, bu cür halların qarşısının alınması üçün nəzarət mexanizmi qurulmalıdır.

"Hər məktəbdə daxili qida təhlükəsizliyi məsulu olmalıdır. Bu şəxs gündəlik yoxlama aparmalı, soyuducu temperaturu, məhsulun yararlılıq müddəti, təmizlik jurnalı və işçilərin tibbi kitabçalarını yoxlamalıdır. Məktəb bufetləri və mətbəxləri üçün elektron qeydiyyat sistemi yaradılmalıdır. Hər məhsulun nə vaxt gətirildiyi, son istifadə tarixi və hansı təchizatçıdan alındığı sistemdə görünməlidir. Məktəblərdə qəfil və xəbərdarlıq edilmədən aparılan yoxlamalar artırılmalıdır. Əks halda, yoxlama gələn gün üçün “hazırlıq” işi aparılır və real vəziyyət gizlədilir. Valideyn komitələri də nəzarətə cəlb olunmalıdır. Çünki valideynlər uşağın nə yediyini ən çox izləyən tərəfdir. Məktəblərdə qadağan olunan məhsulların vahid siyahısı girişdə və bufetdə açıq şəkildə yerləşdirilməlidir. Uşaqlar və valideynlər nəyin satıla bilməyəcəyini bilməlidir. Təchizatçılar üçün də ayrıca məsuliyyət olmalıdır. Çünki vaxtı keçmiş və ya keyfiyyətsiz məhsul tək məktəbdən yox, onu gətirən şirkətdən başlayır. Mətbəx və bufet işçiləri üçün ildə bir neçə dəfə məcburi təlim keçirilməlidir. Gigiyena qaydalarını bilməyən işçi ilə problemi həll etmək çətindir. Təkrar pozuntu aşkarlanan məktəblər sadəcə cərimə lənməməli, bufetin fəaliyyəti müvəqqəti dayandırılmalı və rəhbərlik məsuliyyət daşımalıdır. Bundan sonrakı mərhələdə isə ən vacib addım məktəblərin risk qruplarına bölünməsidir. Hansı məktəblərdə daha çox problem aşkarlanıbsa, həmin məktəblər aylıq nəzarətə götürülməlidir. Digərlərində isə rüblük yoxlama kifayət edə bilər. Eyni zamanda nəticələr ictimaiyyətə açıq elan olunmalıdır ki, valideynlər hansı məktəbdə vəziyyətin necə olduğunu bilsin. Şəffaflıq nəzarəti gücləndirən ən vacib vasitələrdən biridir",- ekspert əlavə edib.

Dünyanın bir çox ölkələrində məktəb bufetləri və şagird qidalanması sistemləri ciddi dövlət nəzarəti altında tənzimlənir. Əsas məqsəd uşaqlar arasında piylənmə, düzgün olmayan qidalanma və qida təhlükəsizliyi risklərinin azaldılmasıdır.

Mütəxəssislərin məlumatına görə, ABŞ, Avropa və Asiya ölkələrində məktəb yeməkləri artıq sadəcə xidmət deyil, dövlət sağlamlıq siyasətinin bir hissəsi kimi idarə olunur.

Böyük Britaniyada məktəb qidalanması dövlət standartları ilə tənzimlənir və müstəqil yoxlamalarla qiymətləndirilir. Menyular dietoloqlar tərəfindən təsdiqlənir. Şəkər və duz norması aşağı səviyyədə saxlanılır. Məktəb yoxlamalarında qida keyfiyyəti ayrıca olaraq nəzarətdə saxlanılır.

Yaponiyada məktəb yeməkləri yalnız qida deyil, həm də təhsil prosesi hesab olunur. Hər məktəbdə dietoloqlar fəaliyyət göstərir. Şagirdlər yeməklərin paylanmasında iştirak edir. Menyular balanslı qidalanma prinsipləri ilə hazırlanır. Tullantıların azaldılması və qida mədəniyyəti ön plandadır.

Fransada məktəb bufetləri 4 mərhələli menyu sistemi ilə seçilir. Salat, əsas yemək, süd məhsulu və ya desert, meyvə. Qazlı içkilər demək olar ki, məktəb menyularından çıxarılıb və yerli məhsulların istifadəsi təşviq olunur.

Mütəxəssislər bildirir ki, son 10 ildə məktəb bufetlərinə nəzarət zamanı piylənmə artımı müşahidə olunur. Qida təhlükəsizliyi risklərinə görə standartlar yüksəlib. 

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Cəmiyyət 23:58
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Cəmiyyət 22:59
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Qubada zəlzələ olub - Yenilənib
Cəmiyyət 22:19
Qubada zəlzələ olub - Yenilənib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Cəmiyyət 20:45
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Cəmiyyət 19:30
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Cəmiyyət 18:36
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Cəmiyyət 18:07
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Sumqayıtda 200 kvadratmetrlik kafe tamamilə yanıb
Cəmiyyət 17:51
Sumqayıtda 200 kvadratmetrlik kafe tamamilə yanıb
Bakıda, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi nəticəsində 72 min manatlıq ziyan vurulub
Cəmiyyət 17:10
Bakıda, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi nəticəsində 72 min manatlıq ziyan vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol