Elnur Əşrəfoğlunun son durumu açıqlanıb - YENİLƏNİB

17:46 | 23.09.2021
Elnur Əşrəfoğlunun son durumu açıqlanıb - YENİLƏNİB

Elnur Əşrəfoğlunun son durumu açıqlanıb - YENİLƏNİB

Elnur Əşrəfoğlu ECMO aparatına qoşulu vəziyyətdədir.

Bu barədə onun həyat yoldaşı məlumat verib. 

O bildirib ki, Elnur Əşrəfoğlunun böyrək çatışmazlığı olduğundan dializ təyin edilir. 

Elnur Əşrəfoğlunun həyat yoldaşı da koronavirusa yoluxsa da, artıq sağalıb:

"Elnur koronavirusa yoluxan ilk günlər mən ona baxırdım. Ondan dörd gün sonra mən də yoluxdum. Lakin, vaksin olunduğum üçün tez və yüngül keçirdim. Üç gün hərarətim oldu, sonra toparlandım. Artıq karantin müddətim də keçib. İnşallah Elnur da sağalsın”, - jurnalistin həyat yoldaşı qeyd edib.

******
Koronavirusa yoluxmuş tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

Bu barədə "Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, Elnur Əşrəfoğluna 4 gündür ECMO dəstəyi davam edir:

"Vəziyyəti ağır olaraq qalır. Təəssüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir”.

10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika”ya köçürülüb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM