Kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının ikinci gününün yarışları davam edir.
Belə ki, toplam 297 kiloqram (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qızıl medala sahib çıxıb. Kənan Əliquliyev 295 kiloqram (135+160) nəticə ilə ikinci yeri tutub. Üçüncü pillədə isə 267 kiloqram (120+147) nəticə Füqan Əliyev qərarlaşıb.
Fəxri kürsüdə yer alan idmançılara medal və diplomları Milli Məclisin deputatları Kamal Cəfərov, Müşfiq Cəfərov və Rauf Əliyev təqdim ediblər.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında birgə təşkil etdiyi çempionatda, ümumilikdə ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !