Elşad Xosenin məhkəməsi başlayır

10:01 | 22.01.2018
Elşad Xosenin məhkəməsi başlayır

Elşad Xosenin məhkəməsi başlayır

Bu gün Binəqədi rayon Məhkəməsində keçmiş həyat yoldaşı, rəqqasə Oskana Rəsulovanı döyərək xəsarət yetirməkdə təqdirləndirilən məşhur reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Məhkəmədən "Qafqazinfo"ya verilən xəbərə görə, bu gün ilkin hazırlıq iclası keçiriləcək. E.Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. O.Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir. 

Bu maddə ilə təqsirləndirilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu pul cəzası, islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Qeyd edək ki, 2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Həmin zaman Xose saxlanılaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM