• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Əmanətlərin Sığortalanması Fondu Günay Bankın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu Günay Bankın kreditorlarına müraciət edib
24.05.2023 19:05

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu "Günay Bank" ASC-nin kreditorlarına müraciər edib.

Müraciətdə deyilir:
"Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə "Günay Bank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.

"Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 18 iyul 2023-cü il tarixinə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
"Günay Bank”ın Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45
Əlaqə: (+994) 941

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
İqtisadiyyat 17:43
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
İqtisadiyyat 17:12
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 16:59
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
İqtisadiyyat 10:41
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:30
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:27
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:48
Azərbaycan nefti ucuzlaşıb
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi
İqtisadiyyat 15:54
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
İqtisadiyyat 15:42
Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol