Əməkdar artist 48 yaşında vəfat etdi

09:45 | 09.04.2018
Əməkdar artist 48 yaşında vəfat etdi

Əməkdar artist 48 yaşında vəfat etdi

Moskvada fəaliyyət göstərən "Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.


Azərtac xəbər verir ki, aktrisa ağır xəstəlikdən sonra Pasxa gecəsi 48 yaşında dünyasını dəyişib.


Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.


Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin "Londonqrad” və "Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM