Bakı İdman Sarayında təşkil edilən peşəkar boks üzrə
beynəlxalq turnirin son döyüşü azərbaycanlı Ramil Hacıyev və Argentina
idmançısı Veron arasında baş tutub.
"Ölkə.Az"-ın məlumatına görə, qarşılaşmadan
öncə hər iki ölkənin dövlət himni səsləndirilib. Dövlət himnimizi
əməkdar artist İlahə Əfəndiyeva səsləndirib. Ancaq Əfəndiyeva himnin
bəzi sözlərini yanlış oxuyub.
Qeyd edək ki, turnirdə beş ölkədən 16 boksçu "WBC Youth”, "IBF
International”, "WBA Continental” və "WBA Inter-Continental”
kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.
Həmin görüntüləri təqdim edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !