"Əmlak bazarında ən passiv il olacaq" - AÇIQLAMA

14:28 | 06.07.2015

"Əmlak bazarında ən passiv il olacaq" - AÇIQLAMA

"2015-ci il daşınmaz əmlak bazarında ən passiv il olacaq” – bunu ANN.Az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert, "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib.
 
Onun sözlərinə görə, son 3 il ərzində ilk dəfədir belə passivlik müşahidə edilir.  O, danışmaz əmlak bazarında passivliyin artması məsələsini şərh edərkən xüsusən Avropa Oyunları yarışlarından sonra ümumiyyətlə, daşınmaz əmlak bazarında mövcud durumun çox pis olduğunu bildirib: "Alqı-satqı bazarında passivlik hökm sürür. Passivliyin davam etməsi evlərin qiymətinə də öz təsirini göstərəcək”.
 
Bu prosesin davam edəcəyi vaxtla bağlı dəqiq fikir söyləməyin çətin olduğunu deyən ekspert vəziyyətin mürəkkəb olduğuna toxunub: "Bunu demək çətindir. Çünki bazarda vəziyyət olduqca mürəkkəbləşib. Bazarda hazırkı vəziyyətin nə vaxt dəyişəcəyini, hər şeyin öz qaydasına nə vaxt düşəcəyini demək çətindir. Ümumiyyətlə, əvvəlki illərlə müqayisə etdikdə, bu il ola bilsin son üç ilin ən passiv ili olacaq”.
 
Alqı-satqının passivliyinin bütün danışmaz əmlak bazarına təsir etdiyindən söz açan ekspert vurğulayıb ki, hazırkı passivlik əvvəlki illərlə müqayisədə 3-4 dəfə artıb: "Daşınmaz əmlak bazarında fəsilə görə alqı- satqı aktivliyi ancaq kirayə evlərdə və torpaq sahələrinin alış-satışında müşahidə olunur. Amma qalan daşınmaz əmlak bazarında alqı-satqı aktlivliyinin fəsillə bağlılığı yoxdur”.
 

 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM