Ennio Morrikoni: Azərbaycan musiqisinin regiona təsiri güclüdür - FOTO

12:58 | 24.01.2014
Ennio Morrikoni: Azərbaycan musiqisinin regiona təsiri güclüdür - FOTO

Ennio Morrikoni: Azərbaycan musiqisinin regiona təsiri güclüdür - FOTO

Şəhərimizin bu dəfəki qonağı "Bir dəfə Amerikada", "Yaxşı, pis, qəddar" filmlərindən tanıdığımız "Oskar" mükafatı laureatı, dörd qat "Qızıl Qlobus" və "Qızıl Şir", Venesiya Film Festivalının qalibi, dünya şöhrətli bəstəkar Ennio Morrikonidir. Bəstəkarın iştirakı ilə keçiriləcək konsert proqramı yanvarın 25-də Heydər Əliyev sarayında baş tutacaq.

Maestro Morrikone öz musiqi karyerası və düşüncələri haqda fikirlərini bölüşüb:

"Musiqi bəstələyərkən iki üsuldan istifadə edirəm. Bunlardan biri filmlərə aiddir. Filmlər üçün musiqi bəstələyərkən rejissorlarla müzakirə aparıb, filmə uyğun musiqi bəstələyirəm. Əgər filmdə tarixi səhnələr varsa, əlbəttə ki, musiqi də o dövrlə ayaqlaşmalıdır. Düşünürəm ki, filmdə tək rejissor deyil, həm də bəstəkar da öz fikrini tamaşaçılara çatdırır. Digər üsul isə azad üsuldur. Filmlərə aid olmayan musiqiləri bəstələyərkən öz fikirlərimə, arzularıma uyğun notlar seçirəm. Musiqini gördüyüm və hiss etdiyim kimi bəstələyirəm. Düzdür, bəzən dinləyici bəstəkarın musiqidə demək istədiyini tam başa düşmür, ancaq mən yenə də öz hiss etdiyim, gördüyüm kimi bəstələyirəm.Məni film sənayesinin Mosartı adlandırmaları ilə qismən razı deyiləm. Çünki bu cür fikirlər üçün hələ çox tezdir. Haqqımda belə fikirlər demək üçün çox vaxt lazımdır. Daha çox bu günün musiqilərini yazmağa, zamanla ayaqlaşmağa çalışıram. Musiqilərim haqqında danışanda sadəcə filmlər üçün bəstələnmiş musiqilər haqqında deyil, bu günkü musiqilər haqqında danışılmasına üstünlük verirəm. Çünki musiqini bu gün yazırıq. Bu səbəbdən də məni Mosart adlandırmaq düzgün olmazdı. Bunu mən bu həyatda olmayanda desələr daha düzgün olardı.

Azərbaycana dəvət edildiyim üçün çox şadam. Bəli, 85 illiyimi Bakıda keçirəcəm və hər bir konsert kimi bu konsert də bizim üçün çox vacibdir. Mənim üçün hər bir konsert bayramdır. Biz 180 nəfərlik qrupla işləyirik. Bu çox məsuliyyətli işdir. Konsert günü yaxınlaşdıqca daha çox narahat oluruq, çatışmayan məqamları düzəltməyə çalışırıq. Konsert gözəl keçəndə isə bu bizim üçün ikiqat bayrama çevrilir.

Düzdür, Hollivud adətən bəsəkarları tez-tez dəyişir, amma bu çox həssas məsələdir. Orkestdə işləyən musiqiçilər bəstəkarın bəstələdiyi musiqini 40-50 % dəyişir. Onlar musiqini öz personajlarına uyğunlaşdırmağa çalışırlar.Musiqi bəstələyərkən həmişə öz fikirlərim, öz istəklərimi nəzərə alıram. Düşünülməsin ki, kiməsə baxıb, kimdənsə ilham alıb musiqi bəstələyirəm. Xeyr, mən ancaq musiqini özüm hiss etdiyim kimi yazıram.Özümə əfsanəvi bəstəkar kimi yanaşa bilmərəm. Bunu məni dinləyənlər, mənim musiqimi sevənlər mənim ölümümdən sonra desələr daha yaxşı olar. Biz indi sakit, rahat və səmimi yaşamalıyıq. Bəstələdiyimiz zaman da eynilə. Bunun üçün də "musiqi tarixinə qızıl hərflərlə həkk olunmaq", "Mosart", "əfsanəvi bəstəkar" kimi sözlər məncə bu günə aid deyil. Bu cür sözlər gələcəkdə ünvanlansa daha yaxşı olar. Gəlin bu gün üçün yaşayaq. Sabahı daha sonra fikirləşərik.Çox təəssüf ki, Azərbaycan musiqisi haqqında məlumatım çox azdır. Digər tərəfdən isə, mən bir çox ölkələrin musiqilərini dinlədiyim zaman, ola bilər ki, fərqinə varmadan Azərbaycan musiqilərini də dinləmişəm. Fikrimcə, Azərbaycan musiqisinin regiona təsiri güclüdür. Azərbaycan musiqiləri haqqında çox məlumatlı olmasam da, musiqi alətləri haqqında məlumatlıyam. Bu alətlərlə ifa olunan musiqini təxmin edə bilirəm.Sonda bir daha qeyd edim ki, Bakıya dəvət olunduğum üçün çox şadam. Ümid edirəm ki, konsert hamınızın ürəyinizcə olacaq".Qeyd edək ki, "Buta" İncəsənət Mərkəzi tərəfindən, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Fireland Vineyards və Nar Mobile şirkətlərinin sponsorluğu ilə təşkil olunan konsert bəstəkarın 30-dan çox bəstəsi ifa olunmaqla 2 saat davam edəcək.Cəmilə İbrahimovaFotolar müəllifindirANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti