Ərdoğan: Aİ Türkiyəni çaşdırmaqda davam edir

14:51 | 21.11.2013
Ərdoğan: Aİ Türkiyəni çaşdırmaqda davam edir

Ərdoğan: Aİ Türkiyəni çaşdırmaqda davam edir

Aİ Türkiyəni çaşdırmaqda davam edir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

Ərdoğanın sözlərinə görə, belə vəziyyət Türkiyəni məyus edir.

O bildirib ki, çox illər keçdikdən sonra danışıqların növbəti mərhələsi açılmışdı.

Aİ Ankara ilə danışıqların 22-ci mərhələsini açdıqdan sonra Türkiyə 23-cü və 24-cü mərhələləri açmağı təklif etdi.

Ərdoğan qeyd edib ki, Fransada prezident seçkilərindən sonra Ankarada Aİ-yə daxil olmağa ümid yaranmışdı: "İndi biz Türkiyədə yaradılan Aİ İşləri üzrə Nazirliyin iştirakı ilə işləri fəal şəkildə davam etdiririk".

Ərdoğan bildirib ki, ölkəni 50 il gözlətmək olmaz.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM