Ərdoğan Astanaya gedib

14:12 | 03.07.2024
Ərdoğan Astanaya gedib

Ərdoğan Astanaya gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astanaya səfər edib. Bu barədə TRT Haber məlumat yayıb.

Bütün diqqətlər sammitin ilk günündə Ərdoğanla Putinin görüşündə olacaq. İclasın gündəliyinə ticarət, turizm və enerji məsələlərinin müzakirəsi daxildir.

Həmçinin bir çox ikitərəfli, regional və qlobal mövzular olacaq. Dövlət başçısının Suriyada terrorla mübarizənin vacibliyini bir daha vurğulayacağı gözlənilir.

Prezident Ərdoğan Qəzza zolağındakı vəziyyəti təkcə ikitərəfli görüşlərdə deyil, Türkiyənin "dialoq tərəfdaşı” kimi qatılacağı sammitdə də müzakirə edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb