Ərdoğan BBC-nin araşdırmasını "çirkli" adlandırıb - VİDEO

13:52 | 23.12.2013
Ərdoğan BBC-nin araşdırmasını "çirkli" adlandırıb - VİDEO

Ərdoğan BBC-nin araşdırmasını "çirkli" adlandırıb - VİDEO

BBC son günlər Türkiyədə baş verən hadisələrdən bəhs edən məqalə ilə çıxış edib. ANN.Az həmin məqaləni oxucuların diqqətinə çatdırır:

“Baş nazir Rəcəb Teyyub Ərdoğan BBC-nin son günlər Türkiyədə baş vermiş olaylarından -  korrupsiya faktı ilə bağlı həbslərdən və onun ətrafında baş vermiş hadisələrdən bəhs edən araşdırmasını hökumətinə qarşı “çirkli əməliyyat” adlandırıb.  Təxminən  52 nəfər, həmçinin Nazirlər Kabineti üzvü olan yüksək vəzifə sahiblərinin oğlanları ötən çərşənbə axşamı rüşvətxorluq və digər qanunun pozuntuları ilə əlaqədar olaraq həbs ediliblər.Bu həbslərin ardından İstanbulda və Ankarada reydləri həyata keçirən və əməliyyata rəhbərlik edən 5 polis rəisi "xidməti vəzifəsindən sui-istifadə" etdiyinə görə işdən çıxarılıblar.  Baş nazir bu barədə də mətbuata açıqlama verib. O, həmçinin qeyd edib ki, "biz bu işin siyasi intriqa xarakteri almasına imkan verməyəcəyik". Bununla belə, baş nazirin müavini Bülənt Arınç məhkəmə prosesi zamanı hökumətin hər hansı bir müdaxiləyə yol verməyəcəyini də bəyan edib: “Biz məhkəmə sisteminin qəbul etdiyi istənilən qərara hörmət edəcəyik və bu prosesi dondurmaq üçün hər hansı cəhdlərdən istifadə etməyəcəyik". Türkiyəli şərhçilər hesab edirlər ki, həbslər və sonrakı işdən çıxarılmalar türk siyasətində yeni dramatik qarşıdurmanın göstəricisidir, amma  bu qarşıdurma bu dəfə AKP-nin öz daxilində gedir, -  BBC-dən Ceyms Reynolds xəbər verir. Belə güman olunur ki, bu düşmənçilik bir zamanlar AKP-ni dəstəkləmiş və 2002-ci ildən etibarən hər üç seçkidə onların qalib gəlməsinə yardım etmiş, ABŞ-da könüllü mühacirətdə yaşayan nüfuzlu islam alimi Fətullah Gülənin tərəfdarlarıyla bağlıdır. Cənab Gülənin "Hizmet" hərəkatının üzvləri, deyilənə görə, polis, məhkəmə sistemi və AKP-nin öz daxilində nüfuz sahibidirlər.    Son aylar ittifaq dağılmağa başlayıb və noyabrda hökumət "Hizmet"in adamlarının idarə etdikləri özəl məktəblərin bağlanmasını müzakirə edirdi.  Cənab Gülən 1999-cu ildən ABŞ-da yaşayır, o, Türkiyədə dünyəvi dövlətə qarşı sui-qəsddə ittiham olunub. "Səlahiyyətlərdən sui-istifadə" Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, həmin 5 nəfər polis rəisi, həmçinin maliyyə və mütəşəkkil cinayətkarlıqla mübabarizə idarələrinin işdən çıxarılmış rəhbərləri ölkədə baş vermiş “Yolsuzluq”(“Rüşvətxorluq”) əməliyyatına şahid qismində cəlb ediliblər. Bu hadisələrin fonunda qaçaqmalçılıqla mübarizə, antiterror sahəsinin və ictimai təhlükəsizlik filialının başçıları da işdən çıxarıldılar.  Bu barədə yayılan rəsmi sənəddə deyilir ki, bəzi əməkdaşlar güman edilən qanunsuz davranışa görə başqa vəzifəyə keçirildilər. Kütləvi həbslər dövlət tenderlərinin gedişatında güman edilən rüşvətlə ələ alınmanın araşdırılması çərçivəsində keçirilmişdi. Daxili işlər naziri Müəmmər Gülərin, iqtisadiyyat naziri Zəfər Çağlayanın və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğulları saxlananlar arasındadır və indi onların həbsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minib.     Polis, həmçinin “Xalqbank”ın dövlət kreditoru olan, Türkiyənin ən böyük banklarından birinin Ankara bölməsində və maqnat Əli Ağaoğluna məxsus böyük tikinti şirkətinin qərərgahında araşdırma aparıb.Axtarış zamanı polis “Xalqbank”ın baş meneceri Süleyman Aslanın evində 4,5 milyon dollar (2,7 milyon £, 3,2 milyon avro) nağd pul tapıblar, bu pullar onun kitabxanasında ayaqqabı qutularında gizlədilibmiş – bu xəbəri BBS türk agentliyi olan “Dogan”a istinadən xəbər verib.“Hürriyyət” qəzetinin verdiyi xəbərə görə, həbslər üç ayrı araşdırma çərçivəsində aparılıb. Araşdırma Azərbaycan biznesmeni Rza Zarrabın (həbs edilib) iştirakıyla cinayətkar şəbəkəyə aiddir. Polisin iddiasına görə, bu şəbəkə “Xalqbank” vasitəsilə İranla şübhəli pul əməliyyatlarının keçirilməsində və türk vətəndaşlığını almaq üçün əlaqədar qurumlara rüşvət vermədə günahlandırılırlar. Araşdırma, həmçinin Abdulla Oğuz Bayraktara (həbs edilib) da aiddir - ətraf mühit nazirinin oğlu, şübhələrə görə, nazirliyin nəzarət etidiyi rayonlarda tikintilərə icazə alınmasının əvəzi olaraq böyük firmalardan rüşvətlər götürmüş cinayətkar qruplaşma yaradıb. Araşdırma həmçinin İstanbulda Fatih rayonunda qorunan ərazilərdə rüşvət müqabilində qanunsuz tikilişləri də əhatə edir və rayonun rəhbəri Mustafa Demir (həbs edilib) mühəndislərin və dövlət idarələrinin neqativ hesabatlarına məhəl qoymadan mehmanxananın tikintisini həyata keçirməyə icazə verib. İndiyə qədər bu ittihamlarla bağlı həbs olunanların hər hansı cavabı ictimaiyyətə açıqlanmayıb”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti