Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalını sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan bu gün partiyasını qrup toplantısında MHP başqanı Dövlət Baxçalının tənqidlərinə sərt reaksiya verib. Ərdoğan Baxçalının "Pınarhisardakı günlərini şamla axtaracaqsan" sözlərinə cavab verib. Ancaq Ərdoğanın dili yanılaraq "Pinarhisar" əvəzinə "Pensilvaniya" deyib: "Bilirsiniz, Baxçalı nə deyir? "Pınarhisarda yatdığın günləri axtaracaqsan" deyir. Ey Baxçalı, O Pensilvaniyada yatmağımın səbəbi mənim böyüklüyümün ifadəsidir. Sən get özünə bax. Pınarhisar sənin arzuladığın və ya düşündüyün günlər deyil. Əgər bizim üçün yenə o cür günlər gələcəksə, öpüb başımız üstünə qoyacağıq. Heç bir sıxıtımız yoxdur".
Ərdoğan Baxçalının bu sözlərinə hüquqi müstəvidə də cavab verəcəyini deyib: "Ey Baxçalı, bu yalanlarını sübut edə bilməsən, alçaqsan, şərəfsizsən".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !