Ərdoğan Kəlbəcərin Azərbaycana qaytarılmasından danışdı

16:41 | 25.11.2020
Ərdoğan Kəlbəcərin Azərbaycana qaytarılmasından danışdı

Ərdoğan Kəlbəcərin Azərbaycana qaytarılmasından danışdı

Bu gün AKP-nin iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsinə toxunub.

Anews.az xəbər verir ki, Türkiyə prezidenti, telefon danışığı zamanı bu müddət ərzində nə kimi addımlar atıla bilinəcəyindən danışıb:

"Cənab Putinlə danışıqlarımızın nəticələrinə görə, bölgədə xüsusilə də Türkiyə, Azərbaycan və Rusiyanın bölgədə sülhü təmin edəcəyinə inanıram. Bölgədə əldə olunan sülhün daha da genişlədilməsi və inkişaf etdirilməsi üçün şans var. Putinlə bu inkişaf və genişlətmək məsələsi barəsində də danışdıq. Yəni 3 ölkə xaricində, bölgə ölkələri içərisindən, 4-cü, 5-ci ölkələri də buna qatmaq şərtilə buradakı müddəti çox fərqli bir yerə gətirə bilərik”.

Ərdoğan dəmir yolu və magistral nöqtədə qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesinin idarə oluna bilinəcəyini də diqqətə çatdırıb: "Bu yolla azərbaycanlı qardaşlarımızınların öz torpaqlarına qayıtmasına imkan yaradacağıq. Bundan sonra İlham Əliyev qardaşımla da danışdım, atılan addımları dəyərləndirdik. İndi hamısı sevinclidir”.

Azərbaycanla bağlı çıxışının sonunda o, ötən gün Kəlbəcərin tamamilə boşaldılmasından da danışıb: "Bundan sonra azərbaycanlı qardaşlarımız Kəlbəcərdən keçmə imkanını tapdı. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayır. Hər kəs meydandakı yeni reallığa uyğun münasibət qurmalıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM