Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
"Başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib”, – mətbuat xidməti diqqətə çatdırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər