Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oyunu hazırlanıb. ANS PRESS-in xəbərinə görə, “Halk-Man” adlı oyun baş nazirin rəqibləri üzərində qələbəsini əks etdirir.Mobil versiyalı oyunda Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahu, “Xidmət” hərəkatının lideri Fəthullah Gülen və Türkiyənin media maqnatı Aydın Doğana qarşı tək başına mübarizə aparır. Qısa vaxt ərzində yüzlərlə istifadəçi tərəfindən yüklənən oyun böyük populyarlıq qazanıb. “Halk-Man”ı android sistemli bütün cihazlarda oynamaq mümkündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !