Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın etdi - VİDEO

09:17 | 24.12.2013
Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın etdi - VİDEO

Ərdoğanın qardaşı oğlu polis bölməsinə basqın etdi - VİDEO

“Axar.az” xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Teyyup Ərdoğanın qardaşı oğlu və yaxın mühafizəçisi Əli Ərdoğan polis bölməsinə hücum edib. Məsələ ilə bağlı yayılmış video görüntülər ortalığı qarışdırıb. "Youtube"a yüklənən videoda Əli Ərdoğanın polis bölməsində əmisi olan Baş nazirə etiraz edənlərə təhqirlər yağdırdığı və həmin şəxslərə işgəncə vermək üçün polislərə göstərişlər verdiyi açıq şəkildə görünür.“Etiraçıları ayaq üstə saxlamalısınız” deyə qışqıran Əli Ərdoğana polislər etiraz edəndə o, bölmənin yüksək rütbəliləri də arasında olmaqla polis işçilərinə söyüş və təhqirlər yağdırır. Ən maraqlısı odur ki, Ərdoğanın qardaşı oğlunun işgəncə əmrini yerinə yetirməyən polislər vəzifələrindən azad edilib. Trabzonda Baş nazir Ərdoğanın kortejinə yumurta atdığı iddiasıyla həbs edilən müəllim E.E.Seçilin başına gələnlər da buna bənzərdir. Seçil polis bölməsində ifadə verən zaman bölməni basan Baş nazir mühafizəçilərinin onları söyüb təhqir etdiyini əsas gətirərək şikayətçi olub. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti