Ərdoğanın yaxın adamı kürdləri dəstəklədi

19:00 | 29.06.2014
Ərdoğanın yaxın adamı kürdləri dəstəklədi

Ərdoğanın yaxın adamı kürdləri dəstəklədi

"Əvvəllər müstəqil kürd dövləti Türkiyə üçün qəbuledilməz idi. Hətta Kürdistan adı insanları əsəbiləşdirirdi. İndi onların adı Kürdistandır və bunu qəbul etmək lazımdır". 

ANS PRESS-in məlumatına görə, bunu Ədalət və İnkişaf partiyası baş katibinin köməkçisi Hüseyn Çelik "Financial Times" qəzetinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, əgər İraq parçalanarsa, Türkiyə ölkədəki kürdlərə dəstək olmalıdır: "Çünki onlar bizim qardaşlarımızdır".

"Financial Times" qəzeti isə Hüseyn Çelikin dediklərini belə şərh edib: "Türkiyə İraqda müstəqil Kürdistan dövlətinin yaradılacağına və tanınacağına işarə verdi".

Qeyd edək ki, hazırda İraq parçalanmaq üzrədir. 

İraq və Şam İslam Dövləti, Kürdlər və İraq ordusu arasında şiddətli döyüşlər gedir.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM