Bərdədə arvadı tərəfindən döyüldüyü iddia edilib, ütü ilə yandırıldığı deyilən Hidayət Cəfərovun dünyasını dəyişməsindən sonra qarşılıqlı iddialar səngimək bilmir.
81 yaşlı kişinin birinci həyat yoldaşından olan övladları onun ikinci həyat yoldaşını, qadın da əks tərəfi Hidayət Cəfərovun ölümündə ittiham edir.
Mərhumun birinci həyat yoldaşından olan oğlanları deyirlər ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər.
Mərhumun digər oğlu isə dəfələrlə atalarını qadının himayəsindən çıxarıb ona baxmaq istəsələr də, qadının buna imkan vermədiyini deyir.
Hidayət Cəfərovun ikinci həyat yoldaşı Serbiya Cəfərova isə səsləndirilən fikirlərin böhtan olduğunu deyir. 11 ildən çoxdur Hidayət Cəfərov ilə ailə həyatı qurduğunu bildirən 62 yaşlı qadın qarşı tərəfin bu cür danışmasına mülkün səbəb olduğunu iddia edir. Hidayət Cəfərov bir neçə il əvvəl birgə yaşadıqları evi qadının adına keçirdiyindən bu, onların xoşuna gəlməyib. Bu səbəbdən də ailə arasında uzun zamandır münaqişə yaşanır.
Serbiya Cəfərova 81 yaşlı həyat yoldaşının bədəninə heç vaxt ütü basmadığını, həmin xəsarətin kişinin yıxılaraq aldığını, sinəsində olan cızıqların isə bədənini təmizləyən zaman yarandığını deyir.
Ölüm faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Xəzər TV-nin süjetində:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !