• $
  • £

Bu gün Azərbaycan dili fənni üzrə ikinci cəhd imtahanı keçiriləcək

Bu gün Azərbaycan dili fənni üzrə ikinci cəhd imtahanı keçiriləcək
21.06.2026 08:45

Bu gün ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də keçirilən imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.Bu barədə DİM-dən bildirilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi ayrılıb, 16 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahanda 13 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:30
Bu ərazilərdə qaz olmayacaq
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Cəmiyyət 21:58
Bakıda sərnişin avtobusunda yanğın baş verib - Video
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Cəmiyyət 21:20
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 21:06
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 20:27
Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
İlin ikinci Günəş tutulması başlayıb
Cəmiyyət 20:25
İlin ikinci Günəş tutulması başlayıb
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Cəmiyyət 19:01
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Cəmiyyət 18:58
Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 18:31
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol