Erməni baş redaktor: “Xocalıya görə məsuliyyət”

15:59 | 01.12.2014
Erməni baş redaktor: “Xocalıya görə məsuliyyət”

Erməni baş redaktor: “Xocalıya görə məsuliyyət”

Türkiyədə erməni dilində nəşr edilən "Aqos” qəzetinin baş redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
 
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Koptaş "Aqos”da dərc edilmiş "Xocalıya görə məsuliyyət” adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və hadisəni insanlıq faciəsi adlandırıb.

Müəllif yazıb ki, 21 il əvvəl Xocalıda baş vermiş hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidir: "Bu faciəli hadisəni müharibənin "qaranlıq tərəfləri”nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdır”. Qeyd edək ki, "Aqos” qəzetinin yaradıcısı və ilk baş redaktoru Hrant Dink olub. O, 2007-ci il yanvarın 19-da İstanbulda odlu silahla öldürülüb.

ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM