Erməni casus “odnoklassnik”də Bakıya məlumat ötürüldüyü deyilir

12:00 | 03.07.2024
Erməni casus “odnoklassnik”də Bakıya məlumat ötürüldüyü deyilir

Erməni casus “odnoklassnik”də Bakıya məlumat ötürüldüyü deyilir

Ermənistanda hərbçi Azərbaycanın xüsusi xidmət orqanlarına dövlət əhəmiyyətli məlumatların ötürülməsində ittiham edilir. Bu barədə Qafqazinfo  Ermənistanın İstintaq Komitəsin istinadla yayıb. 


Bildirilir ki, İrəvan sakini olan 43 yaşlı kiçik çavuş rütbəli hərbçi 2023-cü ilin yanvarından "odnoklassniki” sosial şəbəkəsi vasitəsilə ölkəyə aid məlumatları qarşı tərəfə ötürüb. Qarşı tərəfin feyk hesabla onunla ünsiyyətdə olduğu qeyd olunub:


"Erməni hərbçi "sevgi mesajları” nəticəsində və ünsiyyətin davam etdirilməsi üçün xidməti və dövlət sirri təşkil edən bir sıra məlumatları toplayıb və həmin şəxsə ötürüb. Onun bu fəaliyyətləri Ermənistanın suverenliyinə, ərazi toxunulmazlığına və təhlükəsizliyinə böyük zərbə vurub”. 


Sözügedən hərbçi dövlətə xəyanətdə ittiham edilərək həbs edilib. Hazırda istintaq davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb