Erməni generallar işdən qovuldu

19:47 | 22.05.2018
Erməni generallar işdən qovuldu

Erməni generallar işdən qovuldu

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin hüquq-mühafizə orqanlarında çalışan yüksək çinli məmurları vəzifədən kənarlaşdırıb.

AzVision.az "aysor.am”a istinadən xəbər verir ki, prezidentin bu gün imzaladağı fərmana əsasən general-mayor Levon Eranosyan Ermənistanın polis qoşunlarının komandanı vəzifəsindən və polis orqanlarında xidmətdən xaric edilib.

Armen Sarkisyanın digər fərmanına uyğun olaraq, general-leytinant Vardan Yegiazaryan Ermənistan polisi rəisinin müavini vəzifəsindən, həmçinin polis orqanlarından kənarlaşdırılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM