Erməni mətbuatı: “Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”

14:53 | 02.06.2017
Erməni mətbuatı: “Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”

Erməni mətbuatı: “Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”

10-13 mayda İspaniya paytaxtı Madriddə BMT-nin nəzdində yaradılmış Ümumdünya Turizm Təşkilatının (ÜTT) icraçı şurasının 105-ci iclası keçirilib.
 
 
Avropa.info xəbər verir ki, iclasda erməni tərəfinin qondarma "DQR”i bu quruma üzv qəbul etdirmək planı iflasa uğrayıb.

Ermənistanın arovat.am saytı yazır ki, Azərbaycan tərəfinin etirazlarından sonra ermənilərin istəyi baş tutmayıb.

Qondarma "DQR”in Ermənistanda qeydiyyatdan keçmiş turistik təşkilatı Ümumdünya Turizm Təşkilatının assosiativ üzvü olmaq üçün sənədlərini təqdim edib. Madriddə gedən müzakirə zamanı Azərbaycan tərəfi öz narazılığını bildirib, erməni tərəfi isə müraciəti geri götürüb. Bunun əvəzində dünyanın müxtəlif ölkələrindən olan 24 təşkilat BMT-nin Ümumdünya Turizm Təşkilatının assosiativ üzvü seçilib.

Azərbaycan növbəti beynəlxalq səviyyədə Ermənistan və "DQR”in maraqlarını alt-üst etməyi bacardı, necə ki, ATƏT-in İrəvan ofisinin qapadılmasına, həmçinin Ermənistanın regional layihələrdən uzaqlaşdırılmasına nail olmuşdu.

Erməni saytı yazır ki, burada ən təhlükəli olan şey Ermənistanın öz arzusu ilə geri çəkilməsidir. Görünür, qeydiyyatdan keçən təşkilatın adında "DQR” sözü olmasaydı, Azərbaycan müqavimət göstərməyəcəkdi. Ancaq Ermənistan geri çəkilərək Azərbaycanın əlinə "kozır” vermiş olur. Günün biri Azərbaycan "DQR” sözünün bütün Yer planetində, Günəş sistemində qadağasına nail ola bilər.

Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.

Müəllif yazır ki, Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı.

Məqalə müəllifi sonda qeyd edir ki, Madriddə Ermənistan "DQR”in turistik təşkilatını müdafiə etməyə cəhd göstərmədən geri çəkildi” – erməni nəşri belə yazır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM