Ermənistanın təxribatları müharibəyə yol aça bilərmi? - Açıqlama

13:04 | 01.09.2023
Ermənistanın təxribatları müharibəyə yol aça bilərmi? - Açıqlama

Ermənistanın təxribatları müharibəyə yol aça bilərmi? - Açıqlama

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə üç hərbi qulluqçu yaralanıb.
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Hikmət Məmmədov hesab edir ki, Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi təxribatlar əslində regionda sülhə qarşı olan təxribatdır.
 
"Bunun göstəricisidir ki, Ermənistan hələ sülhə hazır deyil. Ermənistanın bu təxribatları Azərbaycanın humanitar jestlərinə qarşı təxribatdır. Azərbaycanda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olmasına razılıq vermirlər. Qısacası Ermənistan sülhə hazır deyil. Ona görə də Azərbaycan öz dəmir yumruğu ilə Ermənistan sülhə hazır olana qədər lazımi tədbirləri görəcək. Önümüzdəki mərhələdə əsas məsələ Azərbaycanın Qarabağ bölgəsində olan qondarma rejim təcili özünüz buraxmalıdır. Azərbaycan ərazisində olan 10 min terrorçu çıxarılmalıdır. Ermənistan bundan sonra sülhə hazır olacaq. İkinci səbəb xarici faktorlardır. Fransanın davranışları, eyni zamanda Hindistanın Ermənistanı silahlandırması Ermənistanı cəsarətləndirir. Ancaq mən əminəm ki, bu təxribatlar təxribatlar səviyyədə də qalacaq. Geniş miqyaslı daha böyük təxribatlar və müharibənin yenidən başlanması üçün Ermənistan ordusunun gücü yoxdur. Azərbaycan çox sürətlə işğaldan azad olunmuş ərazilərinə vətəndaşlarını köçürür. Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyi qorunur. Əgər onlar üçün təhlükəli hal yaranarsa, Ermənistan tərəfinin gözləmədiyi geniş miqyaslı erməni təxribatlarına qarşı  ciddi addım atılacaq",- deputat vurğulayıb.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə Ermənistan tərəfi uzun müddət idi ki, döyüşlərə hazırlaşıb.

"Son 8 ayda Hindistandan İrana, ordan Zəngəzura 750 milyon dollarlıq silah yığılmasına dair xəbərlər var. PUA tətbiqi yeni müharibəyə hazırlığın əsas açar ifadəsidir desək, səhv olmaz. Bu arada, PUA adı Ukrayna savaşında İranın hərbi tərifini göyə qalırdı, deyə Ermənistan iştahlanmamış deyil. Sentyabrda təxribat anlayışı bu ayda başlanan vətən müharibəsini unutdurmaq və qalibiyyəti sıfırlamaq, revanş almaq məqsədi daşıyır. Təxribat Qarabağda baş tutmadısa, dərhal hadisə yerini şərti dövlət sərhədinə çəkməyə başladılar. Terrorçular Basarkeçərdə mülki evlərdə gizlənərək ordumuza qarşı əməliyatlar keçirir. Mülki əhali seçimi, mülki obyekt seçimi Qarabağ ətrafında qurulan humanitar yardım ifadəsiylə zəncirin eyni halqasına aiddir. Ermənistan indi bütün dünyaya Qarabağ və bizə qarşı Azərbaycan hücum edir fikrini tirajlamaq üçün hadisəni törətməyə çalışır. Nə təsadüfdürsə, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ xarici işlər nazirlərinin görüşündə Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırmasından sonra İrəvan təxribat törətdi", ekspert əlavə edib.
 
Sentyabrın 1-də Kəlbəcər istiqamətində baş verən gərginlik davam edir. Müdafiə Nazirliyi qarşı tərəfin Azərbaycan Ordusunun bölmələrini artirileriya və minaatanlardan atəşə tutduğunu açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən gərginliyə görə beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatları ciddi şəkildə qınamağa çağırıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM