Avqustun 17-də saat 17:55-də Azərbaycan tərəfi internetin fiber-optik kabelini kəsərək Qarabağla Ermənistan arasında əlaqəni pozub. Bu barədə Ermənistan mətbuatı separatçı rejimin rəhbərlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında kabel qırılıb və Azərbaycan tərəfi erməni mütəxəssisləri həmin yerə buraxmır. Səhər saatlarında kabelin bərpası üçün sülhməramlıların iştirakı ilə danışıqlar aparılır. Hazırda Qarabağda internet yoxdur.
Həmin mənbələr avqustun 18-nə keçən gecə Kafan hava limanının binasının ş Azərbaycan tərəfdən atəşə tutulduğunu bildirir. Bu hava limanı Azərbaycanın Qubadlı rayonu ilə sərhəddən bir neçə yüz metr aralıda yerləşir.
Azərbaycan tərəfi hələ ki, ermənilərin bu açıqlamalarına münasibət bildirməyib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !