Samarada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olacağı gözlənilir. Bu barədə Vesti.az məlumat yayıb. Samarada yaşayan Fərid adlı azərbaycanlı məlumat verib ki, onun çalışdığı 3 nömrəli meyvə-tərəvəz bazasında bir neçə azərbaycanlı və erməni arasında söz-söhbət yaranıb. Mübahisə bir ermənin başının yarılması ilə nəticələnib. Onun hazırda xəstəxanalardan birində reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Həkimlərin açıqlamasına görə, ermənin yaşamaq şansı yoxdur. Bunu eşidən Samarada yaşayan ermənilər dəstələr düzəldərək azərbaycanlılara hücum etmək niyyətindədir. Onlar hətta qonşu Tolyattidən həmyerlilərini köməyə çağırıblar. Onlardan 20 nəfər idmançının artıq Samaraya gəldiyi qeyd edilir. Mənbə bildirib ki, azərbaycanlılar konflikt istəməsə də, bu onların ermənilərdən qorxduğu anlamına gəlmir. "Onlar dava-dalaşda həmişə qorxaq olublar, ermənilər yalnız çox olanda cəsarətli olurlar. Əgər onlar günahkar həmyerlilərinə görə, intiqam almaq istəyirlərsə, biz onları elə işlədiyimiz bazarda qarşılamağa hazırıq. Bizim haqlı olduğumuzu burada işləyən özbəklər, qazaxlar və taciklər də bilir”.
Bizi sosial şəbəkələrdə izləyin !