Sentyabrın 3-də qondarma Dağlıq Qarabağ Respublikasının Kaşataq rayonunun Axavno kəndində "Ariavan” adlı yeni yaşayış kvartalının açılış mərasimi keçirilib.
Moderator.az erməni
mediasına istinadla xəbər verir ki, açılışda "DQR” "prezident”i Bako
Saakyan, "baş nazir” A.Arutyunyan, Erməni Həvari Kilsəsinin "Artsax”
Yeparxiyasının rəhbəri P. Martirosyan da iştirak edib.
Xatırladaq ki, sözügedən məntəqə de-yure Azərbaycanın tərkibində
olan işğal edilmiş Laçın rayonunun Həkəri çayı sahilindəki Zabux
kəndidir. Ərazidə yeni qəsəbənin tikintisinə livanlı ermənilərin təşkil
etdiyi "Artsax Ruts İnvestment” ("ARİ”) kompaniyasının birgə layihəsi
əsasında 2014-cü ilin yazından başlanıb. Məlumata görə, 150 evdən ibarət
kvartalda yaşayış üçün Avropa kəndlərinin standartlarına uyğun hər cür
şərait yaradılıb.
Onu da unutmayaq ki, 1918-ci ildə məhz Zabux kəndi ətrafında Qarabağ general-qubernatoru Xosrov bəyin gördüyü tədbirlər nəticəsində qardaşı, el qəhrəmanı Sultan bəyin başçılıq etdyi Azərbaycan oğulları Şuşaya və Xankəndinə keçmək istəyən erməni general Andronikin minlərlə əsgərini məhv etmişdi.

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !