Müğənni Nadir Qafarzadənin məşhur mahnısı "Maral” ermənilər tərəfindən oğurlanıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçının özü instaqram səhifəsində məlumat verib.
Qafarzadə erməni ifaçısının videosunu paylaşaraq etirazını bildirib: "Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların”.
Qeyd edək ki, sözügedən mahnını daha iki erməni müğənni - Tiqran Asatryan və Andy duet oxuyaraq klip çəkdirmişdilər. Onlar mahnının sözlərini və adını (Tanem-tanem) dəyişdirərək müəllif hüquqlarını pozmuşdular.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !