Ermənilər ordudakı ölümləri gizlədir

19:33 | 02.06.2017
Ermənilər ordudakı ölümləri gizlədir

Ermənilər ordudakı ölümləri gizlədir

"Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmədi”.
 
 
Azvision.az xəbər verir ki, bunu yerli KİV-ə hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts deyib.
 
 
Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsində Ermənistan ordusunda baş verən ölüm halları ilə bağlı bir çox işlər var və həqiqəti məxfilik pərdəsi altında gizlətmək mümkün deyil.

"Artıq Avropa Məhkəməsi həmin şəxslərin lehinə qərarlar qəbul edib”, -deyə Sakunts vurğulayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM