APA TV onun ailəsinə baş çəkib.
Şəhidin xanımı Güldanə İsmayılovanın sözlərinə görə, Tahir döyüşlərə könüllü yollanıb: "Dedi ki, könüllü yazılmışam, gedirəm. Dedi ki, Xocalıda anamızı, bacımızı o günə qoyurlar… O getməsin, bu getməsin, bəs kim getsin? Həvəslə vuruşurdu… Hələ də elə bilirəm ki, qapı açılacaq, o gələcək. Sümüklərin tapıldığını biləndə özümü çox pis hiss etdim. Ölübsə, məzarı yoxdur, qalıbsa, özü yoxdur”.
Şəhidin qohumu Çərkəz Məmmədzadə deyib ki, ermənilər Tahirin başına pul qoyubmuş: "Döyüş yoldaşları deyir ki, Tahirin başına pul qoyulduğundan onu sağ buraxmazdılar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !