Boris Savelyev
Oğurlanmış avtomobillərin yeraltı bazarı dünya birliyinin ən ciddi problemlərindən birinə çevrilib. Bununla belə, bir çox ölkələrin hüquq mühafizə orqanlarının hesabatlarında Avropadan oğurluq maşınların daşınması məkanlarından biri kimi Ermənistanın adı müntəzəm şəkildə çəkilməyə başlayıb. Məlum olub ki, bu kriminal biznesə Ermənistandan çıxıb, Avropa ölkələrində məskunlaşan bir çox erməni cəlb olunub.
Ermənistanda xeyli sayda «Bentley» və «BMW-650» kimi bahalı avtomobillərin toplandığını nəzərə alsaq, cinayətkar qrupların bu maşınları xüsusilə seçdiyini görürük, onların müştəriləri bir qayda olaraq, erməni dövlət məmurları və hüquq mühafizə orqanlarının əməkdaşları olur. 100 min dollarlıq avtomobillərin qiyməti Ermənistana gətirildikdən sonra 25 min dollaraq qədər düşür, bu da erməni müştəriləri sevindirməyə bilməz.
Erməni oğruların fəaliyyəti Avropa ölkələrinin siğorta şirkətlərinə ciddi zərbə vurur. İş burasındadır ki, avtomobil alınandan sonra dərhal siğorta etdirilir. Oğruları istisnasız olaraq, təzə avtomobillər maraqlandırır, hadisədən sonra isə avtomobilin sahibi oğurluq hadisəsiylə bağlı elan verir.
Polis də oğurlanmış avtomobillə bağlı İnterpola məlumat verir, avtomobilin sahibi isə aldığı ərizəylə siğorta şirkətinə müraciət edir, şirkət isə avtomobilin dəyərində kompensasiya verir. Məlumdur ki, Avropadakı siğorta şirkətləri 1 il ərzində oğurlanmış avtomobilin pulunun hamısını avtomobilin sahibinə qaytarırlar.
Bu zaman ərzində isə avtomobil qanunsuz yolla Ermənista doğru hərəkət edir. İnterpol isə öz növbəsində bütün dünyaya nəqliyyat vasitəsinin yerini müəyyən etmək üçün məlumat ötürür. İnterpolun Ermənistandakı nümayəndəliyi avtomobili aşkar edərsə, yeni sahibdən 2-5 min dollar dəyərində (avtomobilin qiymətindən asılı olaraq) rüşvət alır və cinayətə göz yumur. Belə ki, bir qayda olaraq, bu avtoların alıcıları məsul şəxslər olurlar, onların kimliyinin bəlli olmasında isə İnterpolun nümayəndəliyinin heç bir marağı yoxdur.
Ermənistandan çıxanların bir çoxunun cəlb olunduğu bu qeyri-leqal biznes artıq Avropa Birliyi ölkələrinin hüquq mühafizə orqanlarının diqqətini cəlb edib və ortaq operativ-əməliyyat qrupunun yaradılması barədə qərar verilib, qarşıya qoyulan məqsəd isə təşkilatçıları və ermənilərin yaratdığı cinayətkar qruplaşmaların üzvlərini aşkara çıxarmaqdır. Bununla yanaşı, haqqında bəhs edilən erməni cinayətkar qruplaşmalarının narkodaşıyıcılarla əlaqələrinin olub-olmadığını aydınlaşdırmağa da xüsusi diqqət yetirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !