• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır - Nazir

Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır - Nazir
27.10.2023 10:40
Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib. 

"Sovet dövründə belə təcrübəmiz olub. Biz Azərbaycandan qaz alırdıq. İndi ölkələrimiz arasında siyasi problem olmasa, biz bu kəmərləri bərpa edə bilərik. Həm də Azərbaycandan qaz nəql edən ölkəyə çevrilə bilərik. Biz bütün bu kommunikasiyaları qurmağa və yenidən qurmağa hazırıq”, - Vardanyan Tiflisidə keçirilən İpək Yolu Forumunda çıxışında bildirib. 
 
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban hesab  edir ki, sülh müqaviləsi imzalanarsa, Ermənistan Azərbaycandan qaz ala bilər.

"İqtisadiyyatın bir növü də neft-qazın digər ölkələrə ixrac edilməsi ilə bağlıdır. Belə olan halda necə ki, Azərbaycan digər ölkələrə neft-qaz ixracı edir, sülh müqaviləsi imzalandıqdan sonra da Ermənistana da qaz ixrac edilə bilər”, - o əlavə edib.


Ermənistan hazırda Rusiyadan qaz alır və onu elektrik enerjisi müqabilində İrandan da alır.
 
Oktyabrın 26-da İpək Yolu Forumunda Azərbaycanın baş naziri Əli Əsədov da çıxışında vurğulayıb ki, Azərbaycan Ermənistanla regional kmmukasiyaları açmağa hazırdır və 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində işləyir.
 
Gülnar Nazimqızı 
Aygün Mirakif
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:15
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var
İqtisadiyyat 09:56
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:05
Dünya bazarlarında neft ucuzlaşıb

"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
İqtisadiyyat 13:48
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
İqtisadiyyat 13:02
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
Kriptovalyuta göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:01
Kriptovalyuta göstəriciləri açıqlanıb
"Bitkoin" yenidən ucuzlaşıb
İqtisadiyyat 10:42
"Bitkoin" yenidən ucuzlaşıb
Rusiya qazını İrandan ixrac edəcək -  Putin
İqtisadiyyat 14:23
Rusiya qazını İrandan ixrac edəcək - Putin
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
İqtisadiyyat 18:06
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol