Ermənistan bir aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır-Ermənistan XİN

12:49 | 07.06.2024
Ermənistan bir aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır-Ermənistan XİN

Ermənistan bir aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır-Ermənistan XİN

Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Ermənistan tərəfi sülh müqaviləsinin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”, - bəyanatda deyilir.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib ki, İrəvan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə mətnin doqquzuncu nəşrini göndərməklə cavab verib.
 
Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
 
Aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.
 
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir.
 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM