Ermənistan hərbçisi intihar edib - YENİLƏNİB

16:31 | 03.07.2024
Ermənistan hərbçisi intihar edib -  YENİLƏNİB

Ermənistan hərbçisi intihar edib - YENİLƏNİB

(Ermənistan İstintaq Komitəsinin açıqlaması əlavə edilib)
 
Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri ölüb. Bu barədə çərşənbə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 3-də saat 00:45-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində müqaviləli hərbi qulluqçu Sarkis Arturoviç Xaçatryan qeyri-müəyyən şəraitdə ölüb. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır", -  məlumatda deyilir. 
 
Ermənistan İstintaq Komitəsi müqaviləli əsgər Artur Xaçatryanın ölümünün təfərrüatlarını açıqlayıb.

İstintaq Komitəsinin məlumatına görə, Xaçatryan mövqelərdən birində olarkən ona tapşırılmış avtomatdan özünü çənəsinə vurub. Qarnizon hospitalına yerləşdirilən o, saat 02:00 radələrində özünə gəlmədən ölüb.

Xarici müayinə zamanı əsgərin bədənində zorakılıq izləri aşkar edilməyib. Məhkəmə-tibbi ekspertizası təyin edilib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb