İdarədən bildirilib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.
Ermənistan bu dəfə də KTMT-nın təlimlərində iştirak etməkdən imtina edib.
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verib ki, Ermənistan KTMT-dan çıxacaq,sadəcə bunun zamanı bəlli deyil.
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Ermənistanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib.
Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !